Bakı şəhərində avtobus yoldan keçən şəxsi vuraraq öldürüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 4-də saat 06:00 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini İlqar Hüseynov idarə etdiyi "İveco" markalı avtobusla yolu keçən Kəmalə Rəhimovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.