2017-ci ilin yanvar-aprel aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 2 mlrd. 622 mln. 7 min 228,01 manat təşkil edib.
Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 4 ayda dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 2,63 dəfə artaraq 504 mln. 686 min 83 manat təşkil edib.
Hesabat dövründə pay bazarında və borc alətləri bazarında isə ciddi artım qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 102 dəfə artaraq 600,573 mln. manata, borc alətləri bazarı 7,7 dəfə artaraq 229 mln. 955 min 891 manata yüksəlib.
Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçandır. Ötən ilin ilk 4 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 65,28% artaraq 1 mlrd. 276,225 mln. manat olub.