Məşhur sirk ustası Oleq Popov vəfat edib

Məşhur sirk ustası Oleq Popov vəfat edib
# 02 noyabr 2016 21:46 (UTC +04:00)

Dünya şöhrətli kloun, SSRİ xalq artisti Oleq Popov 87 yaşında vəfat edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Moskva Sirkinin direktoru Edqard Zapaşnıy bildirib.

 

Onun sözlərinə görə, O.Popov Rostov şəhərində qastrolda olarkən vəfat edib. Qeyri-rəsmi məlumatlara əsasən, onun qəflətən ürəyi dayanıb.

 

Oleq Popov 1991-ci ildən etibarən Almaniyada yaşayıb və işləyirdi.  2015-ci ilin iyununda 24 ildən sonra  ilk dəfə Rusiyaya səfər etmişdi. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR