“AtaBank” III rübü mənfəətlə başa vurub

“AtaBank” III rübü mənfəətlə başa vurub
# 03 noyabr 2016 12:00 (UTC +04:00)

“AtaBank”ın aktivlərinin həcmi 2016-cı ilin III rübündə 474,408 mln. manat təşkil edib ki, bu da II rüblə müqayisədə 2,54% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 0,1% azalaraq 410,650 mln. manat olub.

Bu ilin oktyabrın 1-nə bank 70 mln. 402 min manatlıq istehlak kredit verib. Hesabat dövründə bankın ipoteka portfeli 21 mln. 685 min manata bərabər olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 42,04% artaraq 381,648 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 209,486 mln. manata bərabər olub ki, bu da ötən rüb ilə müqayisədə 4,2% azalma deməkdir.

Bir rüb ərzində bankın məcmu kapitalı 7,64% artaraq 69,972 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən rübə nisbətən təxminən 59,77% artaraq 51,309 mln. manat, xərcləri isə 52,20% artaraq 36,248 mln. manata çatıb.

Cari ilin doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 15 mln. 61 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 22 filial, 4 şöbəsi, 79 bankomatı, 18 711 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR