Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, komitə sədri Eldar İbrahimov bildirib ki, dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun tətbiqi ilə əlaqədardır.
Belə ki, həmin qanuna əsasən normativ hüquqi akta dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsi “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir” və s. kimi buna bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir. Bu dəyişikliklər dövlət orqanı, vəzifəli şəxs öz səlahiyyətlərini həyata keçirərkən onun tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısını almağa xidmət edir.
E. İbrahimov təklif edilən dəyişiklərin vacib olduğunu bildirib.
Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.