Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, R.Quluzadənin oktyabrın 7-də Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli və Xocavənd rayonlarının sakinləri ilə görüşü nəzərdə tutulurdu.
Sentyabr ayı üzrə keçiriləcək görüşün tarixi barədə əvvəlcədən məlumat veriləcək.