İran-Azərbaycan sərhədini pozmuş Türkiyə vətəndaşı saxlanılıb

İran-Azərbaycan sərhədini pozmuş Türkiyə vətəndaşı saxlanılıb
# 13 oktyabr 2016 15:15 (UTC +04:00)

Bakı-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tədbirlər nəticəsində Beyləqan rayonun 2-ci Şahsevən kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İran-Azərbaycan dövlət sərhədini pozmuş Türkiyə vətəndaşı, 1985-ci il təvəllüdlü Kisalar Bağış Bayram oğlu saxlanılıb.

DSX mətbuat mərkəzindən APA-ya bildirilib ki, ondan 97 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları, 12 ədəd psixotrop həb, 1 ədəd noutbuk, 3 ədəd mobil telefon, saxta olması ehtimal edilən 5000 (beş min) rus rublu, iki ədəd pasport və müxtəlif bank kartları götürülüb.

Məlum olub ki, B. Kisalar 2012-ci ildə rəsmi qaydada Azərbaycana gəlib. Ölkə ərazisində yaşama qaydalarını pozduğundan 2016-cı il yanvarın 9-dan Azərbaycana girişinə məhdudiyyət qoyulub.

B.Kisalar 09.10.2016-cı il tarixdə rəsmi qaydada Türkiyədən İrana keçib, bir gün sonra yerli bələdçilərin köməkliyi ilə oaradan Azərbaycana göndərilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR