Moskva. Fərid Əkbərov - APA. “Moskva Suriya məsələsində Vaşinqtonla əməkdaşlığa açıqdır. Rusiya hesab edir ki, Suriya Ərəb Respublikasında ABŞ-la qarşılıqlı fəaliyyət olmadan terrorçuluqla effektli mübarizə aparmaq, problemləri həll etmək mümkün deyil. Lakin əsas problem bizim amerikalı tərəfdaşlardadır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Tərəflər arasında əməkdaşlığı bərpa olunmasının mümkünlüyü ilə bağlı suala Kreml rəsmisi “bunu amerikalı tərəfdaşlarımızdan soruşmaq lazımdır”, - deyə cavab verib.