Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfərə gedib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir. Konfransda Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.