Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidentinin Azərbaycana səfəri başlayıb

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidentinin Azərbaycana səfəri başlayıb
# 11 fevral 2016 15:53 (UTC +04:00)

Bakı-APA. Bu gün Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, nümayəndə heyətinə Alyansın prezidenti Yan Zahradil başçılıq edir.

Nümayəndə heyəti səfər çərçivəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında (BAXCP) həmçinin Prezident Administrasiyası, Milli Məclis və Xarici İşlər Nazirliyində görüşlər keçirəcəklər.

Qeyd edək ki, BAXCP Azərbaycanda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvü olan yeganə partiyadır.

Xatırladaq ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti Azərbaycandan öncə Ermənistan və Gürcüstana da səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR