Bakı. Fərid Mirzəyev - APA. Sankt-Peterburqda əməliyyat zamanı 4 silahlı öldürülüb.
APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.
Onun sözlərinə görə, zərərsizləşdirilmiş cinayətkarlar Şimali Qafqaz regionunda qanunsuz silahlı birləşmələrin tərkibində iştiraka görə federal axtarışda olublar.
Əməliyyat zamanı daha 3 yaraqlı tutulub, dinc əhali və polis əməkdaşları arasında xəsarət alan olmayıb.
***
saat 16.25
Bakı. Fərid Mirzəyev - APA. Sankt-Peterburqda əməliyyat zamanı bir silahlı öldürülüb.
APA-nın "Fontanka" nəşrinə istinadən verdiyi xəbərə görə, əməliyyat vaxtı “Qrad” xüsusi təyinatlı dəstəsinin 1 əməkdaşı xəsarət alıb.
Əməliyyatın Federal Təhlükəsizlik Xidmətinin Kabarda-Balkar idarəsinin istəyi ilə keçirildiyi bildirilir. Məqsəd avqustun 14-də öldürülmüş, yaraqlıların lideri Xızır Lixovun Peterburqda gizlənmiş silahdaşlarını zərərsizləşdirmək olub.
Üç silahlının tutulduğu barədə də məlumatlar yayılıb. Krasnoselsk rayonunun Lenin prospekti 92/3 ünvanında bu gün səhər başlayan əməliyyatın başa çatıb-çatmadı barədə hələlik açıqlama verilməyib.
***
saat 14.15
Bakı. Fərid Mirzəyev - APA. Rusiya xüsusi təyinatlıları Sankt-Peterburq şəhərində Şimali Qafqazdan olan silahlı şəxslərin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirirlər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, çoxmərtəbəli binaların birində gizlənən, Şimali Qafqaz regionunda qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinən və axtarışda olan şəxslərin saxlanması istiqamətində əməliyyat davam edir.
Silahlıların gizləndikləri bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.