Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında 719 nəfər Check-up müayinə olunub

Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında 719 nəfər Check-up müayinə olunub
# 10 may 2017 15:35 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında vətəndaşların Check-up müayinələri təşkili olunub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səhər saatlarından başlayan müayinələrə ümumilikdə 719 nəfər müraciət edib. Onlardan 135 nəfər kardioloq, 117 nəfər neropatoloq, 128 terapevt, 78 nəfər oftalmoloq müayinəsindən keçib. Digərləri Mərkəzin endokrinoloq, LOR, uroloq, ginekoloq, revmatoloq, travmotooq-ortoped, infeksionist, allerqoloq və.s həkim müayinəsində olub, yaradılmış tibbi yardımdan yararlaniblar.
 
Müayinələr zamanı 393 nəfər USM, EKQ, EXO, Rentgen, EEQ müayinələrindən keçib. Bir nəfər isə stasionara yerləşdirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR