Səhiyyə Nazirliyi: Şirvandakı hadisə ilə əlaqədar xəstəxanaya 24 nəfər müraciət edib

Səhiyyə Nazirliyi: Şirvandakı hadisə ilə əlaqədar xəstəxanaya 24 nəfər müraciət edib
# 26 iyul 2016 17:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar Şirvan Mərkəzi Rayon Xəstəxanasına indiyə kimi 24 nəfər müraciət edib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, onlardan 14 nəfər ambulator yardım alaraq evə buraxılıb: “Hazırda xəstəxanada 10 nəfərin müalicəsi davam edir. Bu şəxslərdən 3 nəfər orta ağır vəziyyətdədir, 7 nəfərin vəziyyəti isə yüngüldür”.

Qeyd edək ki, ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Araz” zavodunda partlayış baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR