Azərbaycan FİFA reytinqində 2 pillə geriləyəcək

Azərbaycan FİFA reytinqində 2 pillə geriləyəcək
# 28 oktyabr 2016 11:37 (UTC +04:00)

Milli komandaların növbəti FİFA reytinqinə qədər keçirəcəyi oyunların təxmini nəticələri və bu ehtimallara əsasən tərtib olunan cədvəl açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropanın aparıcı ekspertlərinin fikirləri Azərbaycan yığması üçün heç də ürəkaçan deyil.

Proqnozlara əsasən, millimiz DÇ-2018-in seçmə mərhələsinin noyabrın 11-də baş tutacaq matçında məğlub olacaq. İlk üç turda qol buraxmayan və uduzmayan komandamızın Şimali İrlandiya ilə səfər matçında məğlubiyyətini proqnozlaşdıran ekspertlər komandamızın 2 pillə geriləyəcəyini ehtimal edir.

Proqnozlarla qurulan cədvəldə 90-cı olan Robert Prosineçkinin yetirmələri 386 xala malikdi. Hərçənd, bu ay açıqlanan rəsmi siyahıda 404 xalla 88-ci idik. 18 xal itkisi geriyə atılan iki addımla nəticələnəcək. Bu geriləmə Bolqarıstan və Qətərin irəliləməsi ilə bağlıdı.

Qeyd edək ki, FİFA siyahısını noyabrda baş tutacaq seçmə oyunlarından sonra ayın 18-də açıqlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR