Gürcüstan parlamentinin üzvü: "Gələcəyimizi Azərbaycanla qarşılıqlı münasibətlərdə görürük"

Gürcüstan parlamentinin üzvü: "Gələcəyimizi Azərbaycanla qarşılıqlı münasibətlərdə görürük"
# 12 yanvar 2016 14:10 (UTC +04:00)

Bunu APA-ya eksklüziv açıqlamasında Gürcüstan parlamentinin üzvü, müxalif Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Nuqzar Tsiklauri deyib.

Deputat bildirib ki, əgər Gürcüstan hökuməti bu addımı atsa, ölkə çox şeyi itirəcək: "İndiyədək görməmişik ki, Azərbaycan Gürcüstana ixrac edilən qazın həcmini azaltsın və yaxud qiymətində dəyişikliklər etsin, danışıqlar nəticəsində qəbul edilən şərtləri dəyişsin”, - deyə o qeyd edib.

N. Tsiklaurinin sözlərinə görə, Gürcüstanın gizli sövdələşmə nəticəsində əmələ gələcək işğalçı tərəfdaşı hər an bağlanacaq müqaviləni poza bilər: “Halbuki Azərbaycan Rusiyadan fərqli olaraq bizə təbii qazı əhəmiyyətli dərəcədə ucuz qiymətə verir. Azərbaycan prezidenti Gürcüstana səfəri zamanı bəyan edib ki, Azərbaycanın kifayət qədər təbii qazı var və nəinki Gürcüstanı, eləcə də Avropanı 100 il müddətində təbii qaz ilə təmin edə bilər. Biz buna inanırıq və Azərbaycana etibar edirik. Əgər Gürcüstan hakimiyyəti sövdələşmə məsələsində geri çəkilməsə, güclü etirazımızla qarşılaşacaq. Çünki biz Cənubi Qafqazda gələcəyimizi qardaş Azərbaycanla qarşılıqlı münasibətlərdə görürük. Energetika naziri Kaxa Kaladzenin “Qazprom”un nümayəndəsi ilə danışıqları şəxsi xarakterlidir. Bu danışıqlar Gürcüstanın milli maraqları ilə uyğun gəlmir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR