İsrail HAMAS-ın dalğıclarını zərərsizləşdirib

İsrail HAMAS-ın dalğıclarını zərərsizləşdirib
# 25 oktyabr 2023 03:47 (UTC +04:00)

İsrail dəniz yolu ilə ölkə ərazisinə daxil olmağa çalışan HƏMAS-ın dalğıc qrupuna zərbələr endirib.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.

Məlumata görə, əməliyyat Hərbi Dəniz Qüvvələri Kibbutz Zikim bölgəsində baş tutub.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR