İsrail müdafiə naziri girovlar qaytarılmasa, Qəzzada əməliyyatların dayanmayacağını deyib

İsrail müdafiə naziri girovlar qaytarılmasa, Qəzzada əməliyyatların dayanmayacağını deyib
# 26 mart 2024 17:42 (UTC +04:00)

"Girovlar qaytarılmayana qədər dayanmayacağıq".

APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant ABŞ dövlət katibi Entoni Blinkenlə martın 25-da baş tutmuş görüşünə dair "X" hesabında paylaşımında bildirib.

"Biz HAMAS-ın darmadağın edilməsi üçün tələb olunan hərbi əməliyyatlarımızın davam etdirilməsini və onun hakimiyyətinin dağılmasına səbəb olacaq zəruri tədbirləri müzakirə etdik. Mən katib Blinkenin bir daha diqqətinə çatdırdım ki, biz bütün oğurlananları qaytarana qədər Qəzzada döyüşləri dayandırmayacağıq və açıq şəkildə bildirdim ki, yalnız dəqiq qərar müharibəyə son qoyacaq", - nazir Qallant bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR