İsrail ordusu 7 oktyabrdan indiyə qədər 574 hərbçi itirib

İsrail ordusu 7 oktyabrdan indiyə qədər 574 hərbçi itirib
# 19 fevral 2024 09:38 (UTC +04:00)

İsrail ordusu 7 oktyabrdan indiyə qədər 574 hərbçi itirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, bu gün səhər saatlarında daha bir israilli hərbçi həlak olub.

Həmçinin əlavə olunub ki, İsrail ordusunun Qəzza zolağında yerüstü hərbi əməliyyatlara başladığı gündən indiyə qədər 235 hərbçisi həlak olub.

Xatırladaq ki, ötən ilin 7 oktyabrında HAMAS İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib.

İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HAMAS həmin hücumda 240-dan çox israillini girov götürüb.

İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb, anklava hava zərbələri endirib.

24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.

Hərbi əməliyyatlar 136 gündür davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR