İsrail ordusu dekabrın 1-dən Qəzza zolağında 2 min radikalı məhv edib

İsrail ordusu dekabrın 1-dən Qəzza zolağında 2 min radikalı məhv edib
# 22 dekabr 2023 08:13 (UTC +04:00)

Dekabrın 1-dən Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin bölmələri qurudan, dənizdən və havadan zərbələr endirməklə anklavda 2 mindən çox radikalı məhv edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Həcəri bildirib.

“Həmas Qəzza zolağında quru əməliyyatı zamanı atəşkəsi pozandan bəri [İsrail] bölmələrimiz havadan, dənizdən və qurudan 2000-dən çox terrorçunu məhv edib”, o, brifinq zamanı deyib.

"Birliklərimiz Qəzzanın cənubunda və şimalında quru əməliyyatlarını genişləndirməyə davam edir. Biz Qəzza zolağının hər yerində havadan, qurudan və dənizdən əməliyyatları davam etdiririk", - Həcəri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR