İsrail Müdafiə Qüvvələri (IDF) müxtəlif fövqəladə hallar üçün planları təsdiqləyib və Livanla sərhəd bölgəsində çox yüksək hazırlıq vəziyyətindədir.
APA xəbər verir ki, bu sözləri İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi ordunun şimal komandanlığının qərargahında vəziyyəti qiymətləndirmək üçün keçirilən iclasda deyib.
Ordunun mətbuat xidməti Baş Qərargah rəisinin bəyanatlarını yayıb: “Bu gün biz müxtəlif gözlənilməz hadisələrlə bağlı planları təsdiq etdik və lazım gələrsə, zərbə endirməyə hazır olmalıyıq. IDF və onun şimal komandanlığı çox yüksək hazırlıq vəziyyətindədir”.
İndiyədək Livanla sərhəd bölgəsində hazırlığın düzgün və hərtərəfli aparıldığını diqqətə çatdıran Herzi Halevi bu işin eyni templə davam etdirilməli olduğunu vurğulayıb.