İsrail ordusu ötən gün daha bir hərbçisini itirib

İsrail ordusu ötən gün daha bir hərbçisini itirib
# 20 dekabr 2023 09:34 (UTC +04:00)

İsrail ordusu ötən gün daha bir hərbçisini itirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Harel” briqadasının 363-cü batalyonunun zabiti dünən HAMAS döyüşçülərinə qarşı həyata keçirilən yerüstü hərbi əməliyyatlar zamanı öldürülüb.

Bununla da İsrail ordusunun Qəzza zolağında yerüstü əməliyyatlarda itirdiyi hərbçilərin sayı 133 nəfərə çatıb.

Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 75-ci gündür ki, davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR