İsrail ordusu terrorçuluqda şübhəli bilinən 24 nəfəri saxlayıb

İsrail ordusu terrorçuluqda şübhəli bilinən 24 nəfəri saxlayıb
# 29 avqust 2023 12:28 (UTC +04:00)

İsrail ordusu gecə əməliyyatları zamanı terrorçuluqda şübhəli bilinən 24 nəfəri saxlayan zaman silahlı qarşıdurma baş verib.

APA xəbər verir ki, buy barədə Ordu Komandanlığının mətbuat xidməti məlumat yayıb.

İordan çayının qərb sahilində gecə əməliyyatları zamanı İsrail ordusundan xəsarət alanlar barədə məlumat verilməyib.

Həmçinin əlavə olunub ki, terrorçuluqda şübhəli bilinən daha on nəfər axtarışdadır.

Qeyd edək ki, İsrail hərbçiləri ötən ilin aprel ayından etibarən ölkənin müxtəlif şəhərlərinə edilən terror hücumlarına cavab olaraq İordan çayının qərb sahilində antiterror əməliyyatı çərçivəsində hər gün reydlər həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR