İsrailin Livanla sərhəddəki Kiryat-Şmona şəhərinin sakinləri təxliyə edilir

İsrailin Livanla sərhəddəki Kiryat-Şmona şəhərinin sakinləri təxliyə edilir
# 20 oktyabr 2023 10:44 (UTC +04:00)

İsrailin Livanla sərhəddə yerləşən Kiryat-Şmona şəhərinin sakinləri təxliyə edilir.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri (İDF) birgə bəyanat yayıb.

Məlumata görə, insanlar dövlət tərəfindən maliyyələşdirilən qonaq evlərində yerləşdiriləcək.

Bəyanatda qeyd edilib ki, təxliyə planı müdafiə naziri Yoav Qallant tərəfindən təsdiqlənib.

İsrail ordusunun Şimal Komandanlığı qərar barədə şəhər merini məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR