Bakı. Könül Kamilqızı - APA. Fevral ayında Azərbaycanda 45 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 49 nəfər zərər çəkib.
Ötən ay ölkədə 6 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 8 nəfər zərər çəkib.
Ümumilikdə isə yanvar-fevral ayları ərzində qeydə alınan 101 qida zəhərlənməsi nəticəsində 120 zəhərlənib. 11 botulizm hadisəsi nəticəsində isə 15 nəfər zərər çəkib.