Vergilər nazirinin müavini: "Proqnoz tapşırığa tam əməl olunur"

Vergilər nazirinin müavini: "Proqnoz tapşırığa tam əməl olunur"
# 04 oktyabr 2016 10:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər Nazirliyi bu ilin 9 ayı ərzində proqnoz tapşırığa tam olaraq əməl edib.

"APA-Economics" xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 926 milyon manat vəsait daxil olub: "Burada daxilolmaların böyük əksəriyyəti qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə proqnoz tapşırıqdan 64 mln. manatdan çox vəsait toplanıb. Ümumiyyətlə, bu ilin 9 ayı üzrə qeyri-neft sektorundan daxilolmalar ötən ilin müvafiq dövründəkindən 365 mln. manat çoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR