“PAŞA Həyat” yeni tərtibatlı saytını istifadəyə verib

“PAŞA Həyat” yeni tərtibatlı saytını istifadəyə verib
# 14 oktyabr 2016 08:00 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycan sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” rəsmi veb saytını (www.pasha-life.az ) tam yeni dizaynda təqdim edib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yeni tərtibatda hazırlanmış sayt müştəri yönümlü olmaqla əvvəlki versiyadan bir çox üstünlükləri ilə fərqlənir.

Belə ki, görülmüş işlər nəticəsində saytın yeni versiyasına bir sıra əlavələr edilib. Saytda hüquqi və fiziki şəxslər üçün şirkətin fərdi və korporativ sığorta məhsulları haqqında məlumatlar, həmçinin müştərilərin dəyərli vaxtını düşünərək onlar üçün elektron xidmət bölməsi, sığorta haqqı məbləğinin onlayn rejimdə ödənilməsi imkanı, fərdi və korporativ sığorta məhsulları haqqında dərhal məlumat əldə etmək məqsədi ilə xüsusi whatsapp mesaj proqramı da tətbiq edilib.

Bütün bunlarla yanaşı, saytda fərdi və korporativ müştərilər üçün “şəxsi kabinet” bölməsi də yaradılıb. Həmin bölmədə müştərilər öz sığorta müqavilələrinin müddətinə, müqavilə üzrə ödəyəcəyi sığorta haqqı məbləğinin həcminə, eləcə də müqavilə müddətinin sonunda nəzərdə tutulmuş alacağı vəsaitə nəzarət etmək imkanı da əldə edəcək.

Qeyd edək ki, “PAŞA Həyat”ın yeni saytı ilə yanaşı, yeni bloqu (blog.pasha.life) da istifadəyə verilib. Bloqda həyat sığorta ilə bağlı maraqlı, maarifləndirici yazılar, bu sfera ilə bağlı video çarxlar, həyat sığortasının vacibliyini təblig edən məqalələr və digər zəriuri məlumatlar yerləşdirilib.

“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR