Bakı-APA. İnquşetiyanın Nazran şəhərinin bir hissəsində və Qazıyurt kəndində antiterror əməliyyatı rejimi tətbiq edilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İnquşetiya üzrə İdarəsinin əməliyyat qərargahından bildirilib.
Qərargah vəziyyətin nəzarətdə olduğunu bildirərək, vətəndaşlardan sakitliyi qorumağa, kütləvi iğtişaşlara çaxnaşmaya, hüquq-mühafizə orqanlarının hərəkətlərinə müdaxilə hallarına yol verməməyə çağırıb.