Kabil aeroportu rəsmi olaraq daxili və beynəlxalq uçuşları bərpa edib

Kabil Beynəlxalq Hava Limanı

© APA | Kabil Beynəlxalq Hava Limanı

# 20 sentyabr 2021 10:47 (UTC +04:00)

Kabil Beynəlxalq Hava Limanı bu gün rəsmi olaraq daxili və beynəlxalq uçuşları bərpa edib.

APA-nın “Khaama Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Aviasiya Departamenti məlumat yayıb.

Mülki Aviasiya Departamenti hava limanının əsasən səhər saat 06:00-dan axşam saat 18:00-aa qədər gündəlik 12 saat işlədiyini açıqlayıb.

Bildirilib ki, ilk ticari beynəlxalq uçuş sentyabrın 19-da İslamabada olub.

Xatırladaq ki, “Taliban”ın ölkəyə nəzarəti tam ələ keçirməsindən sonra hava limanında baş verən xaos və avqustun 26-da aeroport yaxınlığında törədilən terror aktı nəticəsində Kabil hava limanının uçuş-enmə zolağına və terminallara ciddi ziyan dəyib. Hava limanının fəaliyyətinin bərpasına Qətər və Türkiyədən olan texniklər kömək edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR