Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların xatirəsi Berlində yad edilib

Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların xatirəsi Berlində yad edilib
# 09 may 2017 18:41 (UTC +04:00)

Bu gün Berlin şəhərində Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş bayram tədbirləri keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən xəbərə görə,  tədbirlərdə Almaniya hökumətinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin  nümayəndələri, eləcə də müharibə veteranları iştirak ediblər.  

 

Mərasim iştirakçıları Berlin şəhəri uğrunda getmiş döyüşlərdə həlak olmuş azərbaycanlı əsgər və zabitlərin də dəfn olunduğu Treptov parkında Sovet əsgərlərinin şərəfinə ucaldılmış “Xilaskar əsgər” abidəsini və Tirqarten parkında dəfn edilmiş sovet əsgərlərinin məzarını ziyarət edərək əklillər qoyublar.  

 

Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, səfirliyin əməkdaşları və hərbi attaşesi tədbirlərdə iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR