APA-nın məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Murad Nizami oğlu Nəcəfbəyli ölkəmizin Estoniyadakı, Nərgiz Akif qızı Qurbanova Bolqarıstandakı, Daşqın Şikarov isə Birləşmiş Ərəb Əmirliklərindəki səfiri təyin edilib.
İ. Əliyevin imzaladığı sərəncamla N. Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.