KİV: İran uranın zənginləşdirilməsi tempini aşağı salıb

KİV: İran uranın zənginləşdirilməsi tempini aşağı salıb
# 11 avqust 2023 23:04 (UTC +04:00)

İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yaradılması tempini əhəmiyyətli dərəcədə aşağı salıb və bu, bu payızda ABŞ-la nüvə məsələləri üzrə danışıqların bərpası istiqamətində bir addım ola bilər.

APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

İran həmçinin əvvəllər toplanmış zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin zənginləşdirmə səviyyəsini azaldıb. Qəzetin yazdığına görə, Tehran nüvə məsələsində ABŞ-la danışıqların yenidən başlaması səyləri çərçivəsində belə addımlar atıb.

"The Wall Street Journal"ın məlumatına görə, ABŞ administrasiyasının rəsmiləri İrana bildiriblər ki, Tehran nüvə proqramını azaltmaq üçün konkret addımlar atarsa yaxın aylarda danışıqlara qayıtmaq mümkün olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR