KİV: İsrail jurnalistlərdən Qəzza zolağının şimal hissəsini tərk etməyi tələb edib

KİV: İsrail jurnalistlərdən Qəzza zolağının şimal hissəsini tərk etməyi tələb edib
# 30 oktyabr 2023 05:44 (UTC +04:00)

İsrail hərbi əməliyyatların miqyasının genişlənməsi ilə əlaqədar bütün beynəlxalq media işçilərindən dərhal Qəzza zolağının şimal hissəsini tərk etməyi tələb edib.

APA xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, ən azı 24 media işçisi gərginləşən Fələstin-İsrail münaqişəsindən zərər çəkib.

Daha 8 nəfər yaralanıb, üç nəfər hələ də itkin düşüb.

Təşkilat qeyd edir ki, Qəzza zolağında jurnalistlər münaqişə haqqında reportaj hazırlayarkən xüsusilə yüksək risklə üzləşirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR