KİV: Pakistanın əsas partiyaları seçkilərdən sonra koalisiya yaratmaq yolundadır

KİV: Pakistanın əsas partiyaları seçkilərdən sonra koalisiya yaratmaq yolundadır
# 11 fevral 2024 10:43 (UTC +04:00)

Pakistanın iki əsas siyasi partiyası - Pakistan Müsəlman Liqası (PML-N) və Pakistan Xalq Partiyası (PPP) - hazırda federal və Pəncab və Bəlucistan əyalətlərində hökumət qura bilmək üçün ciddi səylər göstərir.

APA xəbər verir ki, bu barədə “News” qəzeti məlumat yayıb.

Məlumata görə, bazar günü PPP parlament fraksiyasının sədri Asif Əli Zərdari PML-N ilə təklif olunan ittifaqın şərtlərini, o cümlədən nazirlərin portfellərinin bölüşdürülməsini müzakirə etmək üçün “vacib görüşlər” keçirəcək.

Qeyd edək ki, Seçki Komissiyasının məlumatına görə, Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilər çərçivəsində 266 seçki dairəsindən 260-nın nəticələrinə baxılıb. PML-N 75, PPP 54 seçki dairəsində qalib gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR