KİV: Yaponiya Baş naziri Şimali Koreya lideri ilə görüşmək üçün səylərini artırıb

KİV: Yaponiya Baş naziri Şimali Koreya lideri ilə görüşmək üçün səylərini artırıb
# 13 fevral 2024 11:33 (UTC +04:00)

Yaponiyanın Baş naziri Fumio Kişida Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün səyləri gücləndirib.

APA xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Nəşrin xəbərinə görə, Vaşinqton və Tokioda diplomatik danışıqlara hazırlıqlardan xəbəri olan mənbələrin fikrincə, Kişida tərəfindən irəli sürülən sammitdə Şimali Koreya tərəfindən onilliklər əvvəl qaçırılan Yaponiya vətəndaşlarının azad edilməsini təmin olunmasına cəhd ediləcək.

"Financial Times" qeyd edib ki, Baş nazir Kişida Pxenyandan müsbət siqnallar aldıqdan sonra sammitin keçirilməsi ilə bağlı səylərini artırıb. Lakin danışıqlara yaxın olan mənbələr qeyd edib ki, Şimali Koreya lideri qaçırılanların sərbəst buraxılması istiqamətində əməkdaşlıqdan imtina edir.

Mənbələr bildirib ki, vəziyyətin həssaslığı ilə əlaqədar Yaponiya mümkün zirvə görüşü haqqında ABŞ-a heç bir məlumat verməyib. Yaponiyanın Baş naziri ilə Şimali Koreya lideri arasında sonuncu görüş 2004-cü ildə, Cuniçiro Koizumi Pxenyanda hazırkı liderin atası Kim Çen İr ilə görüşəndə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR