Müvəqqəti işlər vəkili: “Pakistanla Azərbaycan arasında heç bir sahədə fikir ayrılığı yoxdur”

Müvəqqəti işlər vəkili: “Pakistanla Azərbaycan arasında heç bir sahədə fikir ayrılığı yoxdur”
# 27 oktyabr 2016 11:01 (UTC +04:00)

“Pakistanla Azərbaycan arasında heç bir sahədə fikir ayrılığı yoxdur”.

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mubashar Əhməd Tahir deyib. O bildirib ki, bu yaxınlarda Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri çərçivəsində əsasən iqtisadi, kənd təsərrüfatı və əczaçılıq sahəsində danışıqlar aparılıb. Müvəqqəti işlər vəkili əlavə edib ki, qeyd olunan sahələr üzrə İşçi qruplar yaradılacaq.

M. Ə. Tahirin sözlərinə görə, Pakistanın baş naziri ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, dərman istehsalı sahəsində Pakistan şirkətlərinə bütün şərait yaradıla bilər.

o qeyd edib ki, Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov noyabrda

Pakistanın Kəraçi şəhərinə keçiriləcək müdafiə sənayesi sərgisinə qatılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR