“Elektron təhsil” respublika müsabiqəsinə 1220 layihə qəbul edilib

“Elektron təhsil” respublika müsabiqəsinə 1220 layihə qəbul edilib
# 04 noyabr 2016 08:32 (UTC +04:00)

Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "Elektron Təhsil" respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqəyə 1313 layihə təqdim olunub. Onlardan 93-ü müsabiqənin şərtlərinə uyğun olmayıb, ümumilikdə isə 1220 layihə qəbul edilib. Layihələrin 744-ü müəllimlər, 438-i şagirdlər, 38-i isə məktəblərin inzibati heyəti tərəfindən göndərilib. Layihələr ümumi mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün müsabiqənin Ekspert Komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi və nominantların adları noyabr ayının sonunda elan ediləcək.

Müsabiqə “Müəllim”, “Şagird” və “Məktəb” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və onların fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaqdır.

Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər 6000-dən artıq layihə təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR