Bakı. Fərid Mirzəyev - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 23-də növbəti SAT imtahanını keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təlimata uyğun keçirilib.
Bildirilib ki, iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb: “İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 31 nəfərdən 4-ü imtahana gəlməyib. Bir nəfər imtahan qaydalarına riayət etmədiyinə görə imtahan zalından uzaqlaşdırılıb. İmtahanın nəticələri fevral ayının 11-də elan olunacaq”.
Qeyd olunub ki, növbəti SAT imtahanı may ayının 7-də keçiriləcək: “Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və aprel ayının 8-i saat 09:00-dək davam edəcək”.