Azərbaycanda psixoloji-tibbi-pedaqoji komissiyaların monitorinqi aparılacaq

Azərbaycanda psixoloji-tibbi-pedaqoji komissiyaların monitorinqi aparılacaq
# 10 oktyabr 2016 15:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə respublika psixoloji-tibbi-pedaqoji komissiyasına tapşırılıb ki, rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarəti gücləndirilməli, bununla əlaqədar müntəzəm monitorinqlərin aparılması təşkil edilməlidir.

Ərazi maliyyə hesablaşma mərkəzlərinə isə respublika psixoloji-tibbi-pedaqoji komissiyasının təsdiqi olmadan rayon psixoloji-tibbi-pedaqoji komissiyalarının rəyləri əsasında maliyyələşməni aparmaq tapşırılıb.

Yerli təhsil idarəetmə orqanları rəhbərləri, yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində nazirliyə təqdim etməlidirlər.

Əmrin icrasına nəzarət nazirliyin aparat rəhbəri Mətin Eynullayevə həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR