DGK külli miqdarda siqaret və mobil telefon aksessuarı müsadirə edib

DGK külli miqdarda siqaret və mobil telefon aksessuarı müsadirə edib
# 11 aprel 2017 09:42 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının arxasından aksiz markası olmayan 2800 ədəd "Parliament" və 4000 ədəd "Marlboro gold edge" markalı siqaretlər, salonunda xüsusi düzəldilən saxlanc yerindən isə mobil telefonlara məxsus 100 ədəd USB kabel, 100 ədəd adapter başlığı, 100 ədəd qulaqcıq, 45 ədəd batareya, 25 ədəd "Samsung" markalı mobil telefonların qutuları aşkar edilib.

 

Bundan başqa, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21-09" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin arxa qapılarının içərisindən aksiz markası olmayan, üzərində "Parliament" yazısı olan 6400 ədəd siqaret aşkar edilərək götürülüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR