MHP AKP ilə koalisiya hökuməti yaratmayacaq

MHP AKP ilə koalisiya hökuməti yaratmayacaq
# 02 may 2017 11:44 (UTC +04:00)

Milliyətçi Hərəkat Partiyası (MHP) hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya ortağı olmayacaq.

 

APA-nın “businessht.com.tr” saytına istinadən verdiyi məlumata görə, bunu MHP lideri Dövlət Bağçalı bildirib.

 

D. Baxçalı deyib ki, hazırda hökumət vəzifəsinin başındadır və hökumətin tərkibində hər hansı dəyişiklik etmək səlahiyyəti hakim partiyaya məxsusdur: “MHP-nin bir neçə nazirlik qarşılığında koalisiya ortağı olacağı barədə iddialar tamamilə yanlış qənaətdir”.

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hindistana səfəri zamanı onu müşayiət edənlər sırasında MHP millət vəkili, keçmiş futbolçu Saffet Sancaklı da olub. Bu da MHP-nin hökumət ortağı olacağı barədə iddialara yol açıb. D. Baxçalı isə R. T. Ərdoğanın Hindistana səfəri zamanı digər partiyaların millət vəkillərinin də səfərdə iştiraka dəvət etdiyini və S. Sancaklının da bununla əlaqədar nümayəndə heyətinə qatıldığını söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR