Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 10%-i ötüb

Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 10%-i ötüb
# 08 may 2017 15:40 (UTC +04:00)

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin aprel ayının 1-nə 1 mlrd. 590,3 mln. manat təşkil edib.

 

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, martın 1-nə bu göstərici 1 mlrd. 556,4 mln. manat olub. Beləliklə, ay ərzində vaxtı keçmiş kreditlərin həcmi 2,16% və ya 33,9 mln. manat artıb.


Martın 1-nə ümumi kredit qoyuluşlarında problemli kreditlərin payı 9,8% təşkil edibsə, aprelin 1-nə bu göstərici 10,2%-ə yüksəlib.

 

2016-cı ilin aprelin 1-nə qeyri-işlək kreditlərin həcmi 1 mlrd. 326,5 mln. manat, onların ümumi kredit qoyuluşlarında (19,687 mlrd. manat) payı isə 6,7% olub. Müqayisə onu deməyə əsas verir ki, problemli kreditlərin həcmi il ərzində 19,89% və ya 263,8 mln. manat artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR