Bakıda minik avtomobili qəza törədib, sürücü xəsarət alıb

Bakıda minik avtomobili qəza törədib, sürücü xəsarət alıb
# 17 avqust 2016 20:00 (UTC +04:00)

Bakı-APA. Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Xəzər rayonunda “Mitsubishi” markalı minik avtomobili yolun kənarındakı dəmir yolayrıcı çəpərlərə çırpılıb.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyatı üzrə təhvil verib. Əməliyyat saat 19:44-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR