Misir Prezidenti apreldə Türkiyəyə səfər edəcək

Misir Prezidenti apreldə Türkiyəyə səfər edəcək
# 14 fevral 2024 18:48 (UTC +04:00)

Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu ilin aprel ayında Türkiyəyə səfər edəcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, Qahirədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlərdə yeni dövr başlayır, Misir Türkiyə ilə bütün sahələrdə əlaqələrini dərinləşdirmək niyyətindədir.

Əs-Sisi, həmçinin Qəzzada baş verənlərə toxunaraq, 1967-ci ildəki sərhədlər çərçivəsində müstəqil Fələstin dövlətinin qurulmasının lazım olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR