Monqolustanın Rusiya ilə sərhədində vəba xəstəliyi ocağı aşkarlanıb

Monqolustanın Rusiya ilə sərhədində vəba xəstəliyi ocağı aşkarlanıb
# 23 iyun 2023 14:44 (UTC +04:00)

Monqolustanda 137 vəba xəstəliyi ocağı aşkar edilib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Monqolustan Milli Zoonoz Xəstəliklərin Tədqiqi Mərkəzi “Zoonoz infeksiyaların problemləri” 25-ci beynəlxalq konfransında bildirib. Qeyd olunub ki, vəba ocağı o cümlədən Rusiya Federasiyası ilə sərhəddə də aşkarlanıb.

Tıva Respublikası ilə həmsərhəd olan şimal-qərb Uvs vilayətində bubon vəbasının təbii ocaqları Rusiya sərhədinə ən yaxındır.

Sonuncu dəfə Uvs vilayətində tədqiqatlar 2022-ci ildə aparılıb, o zaman Rusiya və Monqolustan epidemioloqları xəstəliyin təbii ocağının aktivliyinin artdığını aşkar ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR