Nazir: "Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması haqqında normativ hüquqi aktlar hökumətə təqdim olunub"

Nazir: "Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması haqqında normativ hüquqi aktlar hökumətə təqdim olunub"
# 15 yanvar 2016 08:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda Dövlət Enerjidən Səmərəli İstifadə Fondu yaradıla bilər.

"APA-Economics"in məlumatına görə, bunu "Respublika" qəzetində dərc olunan məqaləsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Nazir bildirib ki, enerji səmərəliliyi sahəsində fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, enerji səmərəliliyi sahəsinə və yanacaq-energetika sənayesinə investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, sahibkarlığın stimullaşdırılması və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılmasını zəruri edir.

O qeyd edib ki, bu məqsədlə, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində büdcədənkənar Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması haqqında” Azərbaycan prezidentinin fərmanının layihəsi və digər normativ hüquqi aktların layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib: "Həmçinin, enerji səmərəliliyi sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə bəzi digər qanunvericilik aktlarının layihələrinin hazırlanması üzrə işlər də davam etdirilməkdədir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR