Bakı. Türbət Bağırova-APA. “Global Hunger İndex-2015” reytinqinin nəticələrinə əsasən Tacikistan post sovet məkanında ən çox aclıq problemi ilə üzləşən ölkədir.
APA-nın “tjinform.com” saytına istinadən verdiyi xəbərə görə, ölkə əhalisinin 33%-i aclıqdan əziyyət çəkir.
Adıçəkilən reytinq Beynəlxalq Qida Siyasətinin Araşdırılması institutu tərəfindən hazırlanıb.
Reytinq siyahısına əsasən, Azərbaycanda 1,7 %, Ermənistanda 5,8%, Gürcüstanda 7,4% ,Rusiyada isə əhalinin 0,7 %-i aclıqdan əziyyət çəkir.
Mütəxəssislər Tacikistanda əhalinin rifah halının pisləşməsinin səbəbini Rusiyadakı iqtisadi-maliyyə böhranı ilə bağlı olduğunu iddia edirlər. Belə ki, Tacikistandan olan yarım milyon miqrant Rusiyada çalışır. 2014-cü illə müqayisədə Rusiyadan Tacikistana pul köçürmələri 40% azalıb.