Netanyahu: İsrail əsgərləri Qəzza zolağına HƏMAS-ı məhv etmək məqsədi ilə daxil olub

Netanyahu: İsrail əsgərləri Qəzza zolağına HƏMAS-ı məhv etmək məqsədi ilə daxil olub
# 28 oktyabr 2023 22:58 (UTC +04:00)

İsrail hərbçiləri Fələstinin HƏMAS radikal təşkilatını məhv etmək və 7 oktyabrda İsrailə hücum zamanı əsir götürdüyü anklavda saxladığı girovları azad etmək məqsədi ilə Qəzza zolağına daxil olub.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"İsrail vətəndaşları, dünən gecə quru qoşunlarımız Qəzzanın qapılarından keçərək şər yuvasına girdilər. Bu, aydın şəkildə müəyyən edilmiş məqsədləri olan bir müharibədir: Həması məhv etmək və girovları qaytarmaq", - o, televiziya ilə çıxışı zamanı deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR