Netanyahu: Müharibə başlayandan İsrail hər gün ABŞ-ın dəstəyini görür

Netanyahu: Müharibə başlayandan İsrail hər gün ABŞ-ın dəstəyini görür
# 18 oktyabr 2023 13:30 (UTC +04:00)

Sivil dünya nasistlərə, İŞİD-ə qarşı birləşdiyi kimi, HAMAS-ı da məğlub etmək üçün birləşməlidir.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə birgə media qarşısında çıxışında deyib.

Netanyahu İsrailin “bölgədə və dünyada sülh və təhlükəsizlik üçün HAMAS-ı məğlub edəcəyini” vurğulayıb.

Netanyahu qeyd edib ki, Bayden müharibə zamanı onun ölkəsinə səfər edən ilk ABŞ prezidentidir və o, bunu "təsirli" adlandırıb: “Bu, sizin İsrailə olan şəxsi sədaqətinizin dərinliyindən xəbər verir. Bu, yəhudi xalqının və yeganə yəhudi dövlətinin gələcəyinə şəxsi öhdəliyinizdən xəbər verir”.

İsrail Baş naziri Prezident Baydenə “görünməmiş əməkdaşlıq, dəstək və mövqeyinə görə” təşəkkür edib: “Bu gün buraya gəldiyiniz üçün və bu çətin anlarda İsrailə verdiyiniz birmənalı dəstəyə görə, Amerika xalqının böyük iradəsini əks etdirən dəstəyə görə, sizə təşəkkür etmək istəyirəm. Biz bu müharibənin başlanğıcından bəri hər gün sizin dəstəyinizi görürük”.

Netanyahu Baydeni İsraili özünü müdafiə etmək üçün lazım olan vasitələrlə təmin etdiyinə və İsrailin düşmənlərinə bu ölkənin qətiyyətini sınamamaq üçün göndərdiyi aydın mesaja görə də minnətdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR