Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına qoyduğu embarqonu ləğv edə bilər

Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına qoyduğu embarqonu ləğv edə bilər
# 26 iyul 2016 15:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Rusiyaya embarqo tətbiq olunan ərzaq məhsullarının idxalına icazə verilməsi ilə bağlı müraciət edib.

APA-Economics”in “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün Moskvada Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev görüş keçirilib.

Jurnalistlərin “Embarqo nə zaman aradan qaldırılacaq” sualına, N. Zeybekçi “Mən artıq bununla bağlı müraciət etdim”, - deyə cavab verib.

Rusiyalı nazir isə görüşdən sonra bildirib ki, Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq olunan qadağa mərhələli şəkildə aradan qaldırılmalıdır: “Hər iki tərəf arasında sual doğuran məsələlər var və bunlar qarşılıqlı şəkildə həll edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR