Xarici işlər nazirinin müavini Xələf Xələfov Qırğızıstanın Oş vilayətində torpaq sürüşməsi ilə əlaqədar çoxlu sayda insanın ölümü ilə nəticələnən faciə ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyini ziyarət edib.
APA-nın XİN-ə istinadən verdiyi məlumata görə, Xələf Xələfov Azərbaycan hökuməti adından qırğız hökuməti və xalqına, ölənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlar və xəsarət alanların tezliklə şəfa tapmasını diləyib. O, səfirlikdə faciə ilə əlaqədar açılmış matəm kitabında Azərbaycan hökuməti adından başsağlığı diləklərini yazıb.